BAKI · STUDİYALAR

150 ₼ / saat

Cütlük · Ailə · İndividual · Hamiləlik

 

Şəhərdaxili fotostudiyalarda çəkiliş | Toy/nikah/nişan öncə çəkiliş | Hamiləlik


İşlədiyim studiyalar:

Maven · Monel · Grain

Çəkiliş 1 saat davam edir

-

Studiya qiyməti ayrıca ödənilir

-

Rəng korreksiyalı foto sayına limit yoxdur

-

İstəyə uyğun 5 kadr retouch oluna bilər

 

BAKI · ŞƏHƏRDAXİLİ

200 ₼ / saat

Cütlük · Ailə · İndividual · Hamiləlik

 

Şəhərdə fotogəzinti | Parklarda çəkilişlər  |

Ev çəkilişləri | Toy/nikah/nişan öncə çəkiliş | Nikah tədbiri (ASAN, Səadət Sarayı) | Şəhərdən çıxmadan bütün çəkilişlər

Çəkiliş 1 saat davam edir

-

Rəng korreksiyalı foto sayına limit yoxdur

-

 İstəyə görə 5 portret foto retouch oluna bilər

-

Çəkilişi uzatmaq üçün 50 ₼/30 dəq

 

BAKI · ŞƏHƏRKƏNARI

250 ₼ / saat

Cütlük · Ailə · İndividual · Hamiləlik

 

Şəhərdən kənar çəkilişlər | Bağ evləri | Dənizkənarı |Ömər atçılıq | Gül bağları (mövsümə görə) | Şəhərdən aralı və uzaq yol getməyi tələb edən bütün çəkilişlər

Çəkiliş 1 saat davam edir

-

Rəng korreksiyalı foto sayına limit yoxdur

-

 İstəyə görə 10 portret foto retouch oluna bilər

-

Çəkilişi uzatmaq üçün 50 ₼/30 dəq

 

 

RAYONLAR

400 ₼

Cütlüklər · Ailə · Hamiləlik

 

Rayonlarda fotoçəkiliş

Çəkiliş 2-3 saat davam edir və gün batımından "golden hour" öncə başlanır

-

Transfer müştəri tərəfindən həyata keçirilir

-

Rəng korreksiyalı foto sayına limit yoxdur

-

İstəyə uyğun 10 kadr retouch oluna bilər

 

BAKI + RAYONLAR

500 ₼

2 çəkiliş keçirilir:

 ·  Bakı daxilində

 ·  Rayonda

Çəkilişə 2 ay civarında 2 fərqli gün ayrılır

(individual hallarda 1 günə də salmaq mümkündür)

-

Bakıda istənilən mövzu və məkanda 1 saat fotoçəkiliş

-

Rayonda 2-3 saat davam edın fotoçəkiliş

-

Rəng korreksiyalı foto sayına limit yoxdur

 

FAQ

 Çəkiliş qiymətinə nə daxildir?

Məkanlar barədə tövsiyələr · Mövzu seçimi ilə kömək  · Geyim seçimində dəstək ·

Poz vermək üçün məsləhətlər · Çəkiliş mövzusuna uyğun moodboard yığılması · Mövcud olduqda mövzuya uyğun dekor

Şəkillər nə vaxt hazır olacaq? Necə verirsiz?

Fotoları 10-20 günə təhvil verirəm - iş həcmi və sezondan asılıdır. Zəruri halda 5-6 kadr öncədən göndərə bilərəm - sadəcə çəkiliş vaxtı bildirməyiniz xahiş olunur.

Şəkilləri yandex disk linki ilə fərdi albom kimi göndərirəm. 

Məkanı necə seçək?

İstədiyiniz yer yoxdursa, necə bir çəkiliş və necə fotolar istədiyinizi bildirirsiz və sizə uyğun məkanları təklif edirəm

Geyim necə seçək?

Çəkilişdən öncə sizə geyim və rəng seçimi ilə bağlı moodboard göndərirəm. Seçim və məsləhət üçün mənə kombinləri göndərə bilərsiz

Açıq havada çəkilişi nə vaxt edirsiz?

Çəkiliş üçün ideal vaxt golden hour deyilən gün batımından öncəki saatlardır

Vaxtı "gün batımı + 1,5 saat" formulu ilə təyin edirik

Məsələn, yayda gün saat 20.00 batır, yəni ki, çəkiliş 18.30 start veririk

Məkandan və aydan asılı olaraq vaxtı daha dəqiq təyin edirik

Poz verə bilmirik! Nə edək?

Poz verməkdə mütləq kömək edirəm. Moodboard da bu məsələdə bizə kömək olur - bəyəndiyimiz pozaları öncədən qeyd edirik.

Üstəlik, siz çəkilişdən öncə bəyəndiyiniz fotoları da mənə göstərə bilərsiz.

Uşaqlarnan çəkilişdə isə öncədən oyunlar, rəqs və digər aktivliklər fikirləşirik. 

Neçə gün öncədən bron edək? Nə lazımdı bron üçün?

İstirahət günləri 3-4 həftə öncə. Həftə içi 1,5-2 həftə öncə.

Bron üçün 30 azn beh göndərməyiniz kifayətdir. Bundan sonra detalların müzakirəsinə keçə bilirik.

Çəkilişi qeyd olunan tarixdən minimum 3 gün öncə təxirə salmaq mümkündür‚ əks halda beh geri qaytarılmır. Çəkiliş gününü dəyişmək də mümkündür. 

Çəkilişdə neçə iştirakçı olar bilər?

Buna heç bir məhdudiyət yoxdur - siz çəkiliş vaxtını bron edirsiz və bu vaxtı istədiyiniz kimi istifadə edə bilərsiz.

Mənə öncədən iştirakçı sayını deməyiniz kifayətdir.

Gül tarlalarına hansı aylarda getmək olar?

Təəssüf ki, güllər hər il olmur. Sezon ötən ildən 2-3 həftə fərqlənə bilir. Adətən öncədən gedib gül açacaq yerlər barədə məlumat yığıram. Çəkiliş tarixləri isə təxmini seçilir və gül sezonuna görə tarixi 1-2 həftə dəyişmək mümkün olur. 

Rayona necə gedirik?

Transfer müştəri tərəfindən təşkil olunur. Mən gedəcəyimiz yerlər barədə ətraflı məlumat və naviqator üçün konum verirəm.

Evdə çəkiliş edə bilərik?

Əlbəttə, əsasən də körpə uşaqların rahatlığın nəzərə alıb. 

Neçə yaşında uşaqları çəkirsiz?

Körpə balalarnan yalnız ailə (valideynlərlə birgə), 1 yaşdan yuxarı uşaqları isə tək çəkilişlərə götürürəm.

Sualınız qaldı və ya bron etmək istəyirsiz?

Mənə yazın:

WHATSAPP
TELEGRAM